Mayın 5-i “Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatı İdarə Heyətinin sədri Tərlan Qasımovun doğum gündür. Xatırladaq ki, Tərlan Qasımov 1974-cü ilin 5 mayında Ucar rayonunda anadan olub. 1992-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan İctimai-Siyasi Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1995-1997-ci illərdə Ucar rayon Pambıqtəmizləmə zavodunda hüquqşünas işləyib.1997-ci ildən taleyini Arxangelsk şəhərinə bağlayıb. Diaspor rəhbəri olaraq Arxangelskdə bir sıra tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. Aktiv ictimai fəaliyyətinə görə Arxangelsk vilayətinin qubernatoru, şəhər administrasiyası, deputatlar duması və s. qurumlar tərəfindən orden, medal və təşəkkürnamələrlə təltif edilib. Ailəlidir, iki övladı var.
Yeri gəlmişkən, Arxangelsk vilayətinin qubernatoru A.V.Çıbulski ad günü münasibəti ilə həmvətənimizi təbrik edib. Qubernator öz təbrikində Tərlan Qasımova hər gün sevinc və xoş əhval-ruhiyyə, eləcə də qarşısına qoyduğu məqsədlərə çatmaqda və peşəkar fəaliyyətində uğurlar arzu edir: “Qoy həmkarlarınızın dəstəyi və dostlarınızın sədaqəti həyat yolunuzda sizi müşayiət etsin və evinizdə hər zaman səmimiyyət və rahatlıq hökm sürsün. Sizə möhkəm cansağlığı, ailə rifahı, yaradıcılıq işləri və gələcəyə inam arzulayıram!”.
“Sabahinfo.az” olaraq
Tərlan Qasımovu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik!