Bəşəriyyət var olan gündən xaqanların, padşahların, kralların, prezidentlərin sayı bilinmir. Amma tarixin yaddaşında dərin iz sal maq, qədirbilənlər tərəfindən tez-tez xatırlanmaq, əzizlənmək, çox az şəxsiyyətə müyəssər olub. Bu dünyada əbədi qalacaq və yaşayacaq ancaq xoşməramlı əməllər, nurlu ideallar olub. Bu cür ləyaqətli missiyanın daşıyıcıları həm də öz mənəvi ömürlərinin əbədiliyinə imza atıblar. Tarixə nəzər salsaq görərik ki, türk qadınlarının alicənablığı, mərdanəliyi, qeyrəti, qəhrəmanlığı barədə çoxlu sayda maraqlı faktlar var.
Ənənələr həmişə yaşayır və zaman-zaman bəhrə verir, insanların həyatına nur çiləyir. Etiraf edək ki, xalqımızım məmnuniyyətlə qəbul etdiyi, inandığı və sevdiyi Mehriban xanım Əliyeva bu gün, sözün əsl mənasında, humanizm və nəcibliyin örnəyi sayılır.
Elm, ədəbiyyat genlərin insan həyatındakı böyük rolunu dəfələrlə təsdiqləyib. Mir Cəlal Paşayev və Nəsir İmanquliyev kimi böyük şəxsiyyətlərin nəvəsi olmaq xoş bəxtliyini yaşamaq Mehrihan xanımın dünyagörüşündə danılmaz əhəmiyyət daşıyıb. O, ömrünü ərəb filologiyasının təsdiqinə həsr etmiş. Azərbaycan qadınlarına nümunə olan Aidə İmanquliyevanın övladıdır. Azərbaycan oftalmologiya elminin banisi Zərifə xanım Əliyevanın, ümummilli liderimiz Heydər Əliyevin gəlini kimi bu amil Mehriban xanımın intellektual və nəcib keyfiyyətlərə malik olmasına imkan yaradıb. 24 il əvvəl Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu yaradıldı. Bu, onu göstərir ki, xalqımızın mədəni irsinin qorunması və gələcək nə sillərə çatdırılması yolunda fəda karlıq göstərən Mehriban xanım Əliyeva bir tərəfdən də mədəniyyət və incəsənət xadimlərindən öz qayğısını, xeyirxahlığını əsirgəmirdi.
2004-cü ilin yayında yaradılmış Heydər Əliyev Fondunun prezidenti kimı Azərbaycanda həyata keçirdiyi müxtəlif layihələr, xüsusilə diqqət çəkir; "Yeniləşən Azərbaycana yeni məktəb", "Dia betli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələr, "Qarabağ xanəndələri" adlı diskin buraxılması, "Qarabağ həqiqətləri" adlı kitabın nəşri və s. buna bariz misaldır. Həmişə zamanın tələbi ilə hərəkət etməyi sevən Heydər Əliyev Fondunun prezidenti ölkəmizdə mədəniyyətə böyük xidmət göstərir.O, YUNESKO- nun xoşməramlı səfiri kimi (2004-2022) dünyada Azərbaycanın təbliği ilə bağlı gərgin fəaliyyət göstərib.
Son illər tarixi abidələrimizin qorunması ilə əlaqədar həyata keçirilən tədbirlərin əksəriyyətinin müəllifi Mehriban xanım Əliyevadır.
Məsələn, Gəncə şəhərində Cavadxan türbəsinin, Comərd Qəssab məqbərəsinin, Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpası, A.Şaiqin ev-muzeyinin təmiri, Bakıda Muğam Evinin tikilməsı, Ü.Hacıbəyovun yubileyi ilə əlaqədar dahi bəstəkarın bütün əsərlərinin SD və DVD-də buraxılması, eləcə də 100-dən artıq orta məktəbin tikilməsi və ya yenidən qurulması məhz Heydər Əliyev Fondunun gördüyü nəhəng işlərin bir hissəsidir.
Milli duyğularla yaşayan, bəşəri hisslərlə düşünən Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı, sözün həqiqi məna-sında canyanğısı ilə çalışır. Bakıda, Qafqaz Xalq Ənənələri evinin yaradılması ilə əlaqədar YUNESKO-da məsələ qaldıran Mehriban xanım Əliyevanın bu təşəbbüsü olduqca qiymətlidir və bütün fəaliyyəti boyu şərq və qərb mədəniyyətinin qovuşduğu Bakının dünyada tanınmasına, sevilməsinə maraq və diqqət mərkəzində olmasına çalışan Mehriban xanım Əliyeva çoxşaxəlı tədbirlərin, görüşlərin, müxtəlif mədəni proqramların təşkilatçısıdır.
Bir faktı deyək ki, Heydər Əliyev Fondunun prezidentinin adına hər gün 200-dən çox məktub gəlir.
Konkret iş görməyi və insanlara kömək etməyi çox sevən Mehriban xanım Əliyeva - "Həmişə həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilərəm ki, o, ictimaiyyətin diqqətini cəlb etsin. Bu isə özünü göstərməkdən ta mamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur" demişdir. Bu fikir ölkənin birinci xanımının daxili zən ginliyindən və böyük ürəyindən xəbər verir. Mətbuatdan xəbər verildiyi kimi Heydər Əliyev Fondunda görkəmli şərqşünas alim, professor Aidə İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri" kitabının təqdimatı və Fondun prezidentinə YUNESKO-nun xoşməramlı səfiri adının verilməsinə həsr edilmiş mərasim keçirilmişdir. YUNESKO və İSESKO kimi nüfuzlu təşkilatın səfiri olmaq həqiqətən böyük şərəfdir. Azərbaycan üçün qürur gətirəcək İSESKO-nun xoşməramlı səfiri adı qadınlar arasında ilk dəfə olaraq Mehriban xanım Əliyevaya verildi.
Geniş miqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideyalarına xidməti sahəsində yüksək nailiyyətlə rinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva "Qızıl ürək" Beynəlxalq mükafatına layiq görülmüşdür. Mehriban Əliyevanın bu adlara layiq görülməsini şərtləndirən işlərə - onun birbaşa təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmiş layihələrə, proqramlara qısa nəzər salaq. Bu proqram və layihələr onun prezidenti olduğu Heydər Əliyev Fondunu beynəlxalq miqyasda ən nüfuzlu qeyri-hökumət qurumlarından biri kimi tanıtmışdır. Təhsil sahəsində "Uşaq evləri və internat-məktəblərinin proqramı" aparılan monitorinqlərin nəticəsi olaraq respublikanın bütün regionlarında yerləşən uşaq tərbiyə müəssisələrində problemlərin həllinə yönələn dörd əsas istiqamət texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet təşkil etmişdir.
Təhsilə dəstək layihəsi məktəbəqə dər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması layihəsi çərçivəsində onlarca uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilmişdir.
Daimi yaşayış yerlərini tərk etmiş aztəminatlı ailələrdən 2004-2006-cı illərdə birinci sinifə gedən 60 min uşağa məktəb ləvazimatları hədiyyə verilmişdir. Mehriban xanım 2006-cı ilin sonlarında İSESKO-nun 51 müsəlman dövlətinin təmsil edildiyi nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan İslam ölkələri elm, təhsil və mədəniyyət təşkilatlarının xoşməramlı səfiri adına layiq görülmüşdür. ABŞ - Azərbaycan Ticarət Palatasının 10 illiyi münasibəti ilə Vaşinqtonda keçirilən toplantıda isə Azərbaycan - ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Birləşmiş Ştatlar ilə Azərbaycan arasında əlaqələrin tərəqqisinə, ölkəmizdə elm-təhsil, mədəniyyət səhiyyənin inkişafına şəxsi dəstəyinə görə ona 2006-cı ilin xoşməramlı səfiri adı verilmişdir.
2007-ci ilin mayında Mehriban Əliyevaya Cenevrədə Dünya Səhiyyə Təşkilatının "İhsan Doğramaçı Ailə Sağlamlığı Fon du"nun mükafatı təqdim edilmişdır.
Mehriban xanım İSESKO-nun xoşməramlı səfiri adını və ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda apardığı xeyriyyəçilik işlərinə görə "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun "Yaqut xaç ordeni"ni almış ilk qadındır.
Bəşər sivilizasiyasının ən qədim xalqlarından olan Azərbaycanın bütün zamanlarda yüksək zəkalı, nəcib və xeyirxah qadınları ilə qürur duymuşlar. Tarixin müxtəlif mərhələlərində xanımlarımız fədakarlıq, mətinlik mücəssəməsı kimi öz adlarını əbədi salnamələr eposlara yaza bilmişlər. Cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində daim fəal mövqe tutmuş qadınlarımız bu gün müstəqil respublikamızın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Azərbaycanda qadın üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər bu gün Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəxsində daha parlaq təcəssüm etdirilir.
Ümumbəşəri dəyərlərə söykənən zəngin mənəviyyatlı, konkret həyat amalına malik insanlar dövrünün prob lemlərinə əsl ziyalı yanğısı, vicdanlı vətəndaş təəssübkeşliyi ilə yanaşır.
Fürsət düşdükcə xalqının nicatına, təminatlı gələcəyinə xidmət edən xeyirxah əməllərin sahibinə çevrilən Mehriban xanım Əliyevanın istər xeyriyyəçi, istərsə də ictimai fəaliyyətinin prioritet istiqamətləri sırasında təhsilin mühüm yer tutması da millətimizin gələcəyini, nicat yolunu təhsilin inkişafında, vətəndaşların maariflənməsində görən ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik ənənələrinə əsaslanır. Mehriban xanım Əliyevanın başlıca məqsədlərindən biri də məhz xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına da təsdiq etməkdir. Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar ol mur. Öz həyat kitabını yazmağa ancaq şəxsi dərk edilmiş məsuliyyət imkan verir.
Heydər Əliyev Fondunun fəaliyyəti elmə və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu da təsadüfi deyildir. Müasir dövrdə elmi intellektual po tensialı hər bir xalqın mütərəqqi inkişa fının ümdə şərti kimi qəbul edilir.
Müasir gerçəkliklər fonunda dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsı cəmiyyətdə hamı üçün bərabər təhsil ocaqlarının inşası, gənc nəslin kompüter və informasiya texnologiyalarına dərindən yiyələnməsi məsələləri Fondun xüsusi diqqət mərkəzindədir.
Bütün bunlar, şübhəsiz Heydər Əliyev ideyalarına sədaqətin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətinin əvvəli, təzahürü olmaqla yanaşı, həm də Fondun cəmiyyətdə və ölkə mizdən xaricdə getdikcə artan nüfuzunun ifadəsidir.
Azərbaycanın birinci xanımının fikrincə isə, bunlar gö rüləcək işlərin hələ başlanğıcıdır. Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əks edən Azərbaycan cəmiyyətinin həyatına "Birinci xanım" ənənələrini də gətirmişdir. Əslində, tarixin hansı əyyamındasa unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
Mürəkkəb və kəşməkəşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir.
Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli dövlətə çevirmək yolunda qadınlarımız əllərindən gələni əsirgəmirlər. Dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkə mizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mədəniyyətimizin inkişat etdirilməsi üçün bu gün də var-qüvvələrini sərf edirlər.
Sağlam Ailə və Uşaq İctimai Birliyinin sədri
Səadət Məhərrəmova