Hər il baharın gözəl günlərindən biri olan may ayının 10-da ümummilli liderimiz Heydər Əliyevin doğum gününü xalqımız çox təmtəraqla qeyd edir, Ulu Öndərimizin əziz xatirəsini qəlblərdə yaşadırlar. Respublikamızın hər yerində Ulu Öndərimizin 101 illik yubileyi qeyd edilir, tədbirlər, konfranslar keçirilir, Ulu Öndə rimizin keçdiyi həyat yolu haq qında məlumatlar verilir.
Heydər Əliyev öz xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətləri olan bir şəxsiyyətdir. Onun həyat məktəbi Azərbaycanın dövlətçilik tarixində öz işini elə qoymuşdur ki, bugünkü nəsil üçün canlı salnamə, örnək rolunu oynayacaqdır. Çox zəngin və qiymətli həyat təcrübəsino malik olan və ictimai siyasi fəaliyyəti bizim üçün böyük bir məktəb olan dahi şəxsiyyətin keçdiyi həyat yoluna nəzər salarkən bir daha yəqin edirik ki, onun vətən sevgisi xalqına, millətinə bağlılığı öz ölkəsində elmin, mədəniyyətin inkişafı sahəsində həyata ke çirdiyi misilsiz işlər həqiqətən dərindən öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır.
1969-cu ildən Azərbaycana rəhbərlik etmiş dahi şəxsiyyət keçmiş Sovetlər Birliyinin tərkibində respublikamızın n sonayesinin, kənd təsərrüfatının yüksək sürətlə inkişaf etdirilməsi, elmin, təhsilin, mədəniyyətin, incəsənətin inkişafı üçün misilsiz xidmətlər gös tərdi. Sovetlər Birliyi dağılandan sonra il Azərbaycan öz dövlət müstəqilliyini də bərpa etdi. Müstəqilliyimizin ilk illərində xalqımız çox çətinliklərlə üzləşdi; yenicə əldə etdiyimiz dövlət müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşmişdi. Xüsusilə müstəqilliyin ilk illərində dövlətin başına təcrübəsiz, elə bir mürəkkəb şəraitdə dövləti idarə etmək bir bacarığı olmayan, bəzi hallarda isə xalqın sevmədiyi, güvənmədiyi insanların keçməsi bu işi daha da çətinləşdirdi. Dövlətin ayrı-ayrı strukturları yuxarı təşkilatların göstərişinə məhəl qoymur, özbaşınalıq yaradır, vətəndaş müharibəsi təhlükəsi yaradırdı. Nəhayət 1993- cü ildə xalqın təkidi və xahişilə Heydər Əliyev respublikaya rəhbərliyə gəldi. Onun həyata keçirdiyi ilk təxirəsalınmaz tədbirlər nəticəsində respublikada başlamaqda olan vətəndaş müharibəsinə son qoyuldu. Qanunsuz fəaliyyət göstərən silahlə dəstələr ləğv edildi. Vahid mərkəzdən idarə olunan güclü, nizamlı ordunun formalaşması üçün təxirəsalınmaz tədbirlər həyata keçirildi. Ölkədə demokratik Konstitusiya qəbul edildi. Heydər Əliyev hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan, hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olunması üçün əsaslı zəmin yaratmışdı. Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı ən böyük xidmətlə rindən biri də onun Azərbaycana yeni dövlət idarəçiliyi fəlsəfəsi və mədəniyyəti gətirməsidir. Bu o deməkdir ki, Heydər Əliyev tək bügünkü Azərbaycanı deyil, sabahkı Azərbaycanın da memarıdır.
Bu gün Azərbaycan xalqı möhtərəm Prezidentimiz İlham Əliyevin ümummilli liderimizin siyasətinin prinsiplərinə əsaslanaraq, ölkəmizə səriştə ilə rəhbərlik etdiyini yüksək qiymətləndirir və buna görə də gələcəyinə nikbin baxır. Bir Azərbaycanlı kimi Ulu Öndərimizin vəfatı bizi çox sarsıtdı. Ümummilli liderimiz Heydər Əliyevin Fəxri Xiyabandakı məzarı nəinki Azərbaycan xalqının, bütün Türk dünyasının ziyarətgah yerinə çevrilib. Bu gün hər bir azərbaycanlı kimi mənim də qəlbimdə ölkəmizin gələcəyinə inam var, Çünki bu dövlətin qurucusu özündən sonra bu dövlətə rəhbərlik edə biləcək intellektuai səviyyəli lider hazırlamışdır. Bu gün hər bir azərbaycanlı tam arxayındır ki, Ulu Öndərimiz haqq dünyasına qovuşandan sonra xalqın inamını qazanan İlham Əliyev kimi liderimiz var. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət olan Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, gələcək nəsillər bu məktəbi sevə-sevə öyrənəcəklər.
Sağlam Ailə və Uşaq İctimai Birliyinin sədri
Səadət Məhərrəmova