Sabahinfo.az–ın məlumatına görə,gənc hücumçu Avropa Çempionatının seçmə və
elit raund mərhələlərində keçirdiyi 6 oyunda 10 qol vurub.
Rusiya seçmə mərhələdə Farer adaları (7:0), Şimali İrlandiya (5:2)
və Çexiyaya (3:0) qalib gəlmişdi. Martın 27-dən 31-dək İsveçdə təşkil olunan
Elit raund mərhələsində isə qonşu ölkə yığması Belçikaya (1:0), İsveçə (6:0) və
Litvaya (3:1) gücünü göstərib.
Şeydayev bombardirliklə yanaşı rəqib qapısı qarşısında yaratdığı
qol vəziyyətləri sayına (20) görə də liderdi. Ən məhsuldar ötürmə verən (5)
futbolçular arasında ikincidi.
Rusiya U-19 millisinin də vəsiqə qazandığı final mərhələsinin
oyunları iyulun 6-dan 19-dək Yunanıstanda təşkil olunacaq.
AFFA daha öncə Ramil Şeydayevə
Azərbaycan millisində oynamağı təklif etsə də, gənc futbolçu rədd cavabı
vermişdi.