Salam dostlar. Necəsiniz? Bu gün mən sizinlə qısa bir aradan sonra birlikdəyəm. Mövzumuz haqq-ədalətdir. Gəlin başlayaq. İlk öncə sizə niyə bu mövzunu seçdiyimi açıqlayım. Əslində, bizim indiki dövrümüzdəki ən böyük problemlərdən biri də budur. Bəzi böyük qumarxanalarda bir pis iş görüldü. Məsələn, polis oraya daxil olanda müdiri başqası kimi göstərib günahı onun üstünə atırlar və əsl günahkarlar heç hökm yemirlər. Günahsız şəxsləri cəzalandırırlar. Mən də buradan yola çıxaraq belə bir yazı yazmaq istəyirəm. Gəlin biz də bu mövzuya diqqət çəkək. Əslində, ədalət deyildikdə məhkəmə kimi dövlət qurumları gəlir ağıla. Amma mən bu məhkəmənin yanında ailə misalını da çəkmək istəyirəm. Gəlin məhkəmə haqında danışaq. Məhkəmədə dövlətin qanunlarını pozan şəxsə qanunvericiliyə əsasən, cəza kəsilir, hökm verilir. Amma bəzən də ki, sübutlar yetərsiz olur, bu zaman məhkəmə ertələnir və bu müddət ərzində sübutların köməyi ilə haqlı tərəf azad olur, günahkara isə elə olur pul, ya da hökm, yəni həbs cəzası verilir. Elə hallar da olur ki, həmin şəxs bu iki cəzanın ikisini də alır. İndi isə keçək digər bir fikrə. Fikrinizdə dörd nəfərdən ibarət ailə şəkli canlandırın - ata, ana və iki uşaq. Bu ailədə hakim ata olur, kim səhv bir hərəkət edərsə, onu yarğılayır. Ananı hakimin sağ qolu kimi fikirləşmək olar. Hakim, yəni ata bir qərar verərkən necə ki anadan soruşmalıdı, burada da hakim bir qərar verəndə sağ qolundan soruşmalıdır. Bəs dəyəcəksiz ki, burada uşaqların missiyası nədir? Uşaqlar, əsasən, səhvi edən, yarğılanan şəxs kimidir. Amma ədalət növlərindən ən ədalətlisi Allahın ədalətidi. Onu xətası olmayan bir tərəziyə bənzətmək olar.
Belə dostlar. Uzun bir aradan sonra yenidən yazı yazmaq məni də sevindirdi.
Sağ olun, var olun!