Bu gün Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyası tərəfindən təşkil edilmiş XXIV Azərbaycan Çempionatının açılış mərasimi keçirildi. Tədbir dövlət himninin səsləndirilməsi il başladı, daha sonra şəhidlərimizin və qardaş Türkiyədə həlak olanların xatirəsi anıldı. Ölkəmizdə idman sahəsi, idmançıların qayğıları və bu sahəyə marağın artırılması Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir. Dövlətimizin əsas məqsədi sağlam və vətənpərvər Azərbaycan gəncliyinin yetişdirilməsidir. Məhz fiziki cəhətdən sağlam, vətənpərvər, dövlətinə bağlı Azərbaycan gəncləri Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuzun tərkibində döyüşərək, bizə tarixi qələbə bəxş etdi.
Ülvi Quliyev
Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti