Azərbaycanın bədii gimnastları Arzu Cəlilova və Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.
“Report”un məlumatına görə, Cəlilova topla hərəkətlərdə 31.000, halqa ilə çıxışında 32.050 xala layiq görülüb. Gimnast hər iki növdə təsnifat mərhələsində üçüncü olub və finala vəsiqə qazanıb.
Ağamirova isə topla hərəkətlərdə 29.650 xal toplayıb və 12-ci yerlə kifayətlənib. O, yalnız halqa ilə çıxışında 31.650 xalla 4-cü olub və finalda iştirak hüququ qazanıb.
İki çıxışın cəmində Arzu Cəlilova 63.050 xalla üçüncü, Zöhrə Ağamirova isə 61.300 xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu növlərdə finallar aprelin 24-də olacaq.