Azərbaycan güləşçisi Macarıstanda gümüş medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Macarıstanın paytaxtı Budapeştdə start götürən reytinq turnirində gümüş medal qazanıb.

“Report”un məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən idmançı topuğundan zədə aldığı üçün ABŞ-dən olan olimpiya və dünya çempionu Kayl Snayderlə final qarşılaşmasında iştirak etməyib.

Qeyd edək ki, həftəsonu yunan-Roma güləşçiləri turnirdə iştirak edəcəklər.