Azərbaycan Karate Federasiyası 2023-cü ilin yekunlarına dair hesabat tədbiri keçirib.
Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra AKF-in Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov çıxış edərək 1 il ərzində qazanılan uğurlardan və görülən işlərdən danışıb.
Daha sonra söz AKF-in prezidenti Ülvi Quliyevə verilib. Ülvi Quliyev idmançılara uğurlar arzu edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin idmana yüksək diqqət və qayğı göstərdiyi bildirib: “Azərbaycan bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. Bütün dünyada idman ölkəsi kimi tanınır”.
Tədbirin sonunda AKF-in media hesabatı təqdim edilib.
Tədbir məşqçilərin, idmançıların və media nümayəndələrinin mükafatlandırma mərasimi ilə yekunlaşıb.