Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59 499 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51 940, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 559 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 312 715, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 404 898, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 907 817 təşkil edir.