Azərbaycanda uşaqlar həmişə dövlətin ciddi müdafiəsindədir...

Bu günün keçirilməsi haqqında tarixi məlumtlar belədir:

Bu, 1925-ci ildə Cenevrədə Beynəlxalq konferensiyada verilib və bu konferensiya uşaqların uğurlu yaşayışına həsr edilib. Niyə məhz iyunun biri? - 1925-ci ildə Çinin baş konsulu San-Fransiskoda bir qrup kimsəsiz çinli uşağı yığıb onlar üçün “əjdaha qayıq” festivalı təşkil edib. Bu festivalın kədərli tarixçəsi olsa da, çinlilər əsrlərdi onu bayram kimi qeyd edirlər. Çu çarlığında yaşayan şair Syuy Yuan çara siyasi deqradasiya, reformların vacibliyi ilə bağlı müraciətlər edir. Əyanları bunu çara olduğu kimi deyil, təhrif edilmiş şəkildə çatdırırlar. Çar da şairin paytaxtdan qovulmasını əmr edir. Syuy Yuan xəbəri eşitcək baş verənləri milli rəzalət hesab edərək özünü çaya atır. Hadisədən sarsılan xalq qayıqlara minib şairini axtarır. Qayıqlar əjdaha formasında olduğu üçün o vaxtdan həmin gün (beşinci ayın beşinci günü) “əjdaha qayıq” bayramı kimi qeyd edilir...

Digər yozumlar da var...

Uşaqların Beynəlxalq müdafiəsi günü bəşəri dövlətlər üçündü, bu günün mahiyyətini işğalçı dövlət yerinə yetirmir...

Ermənistan işğalçı dövlət idi, müharibəni həm də faşist ideologiyasına əsaslanan ermənilik ideologiyası ilə aparıırdı. Havadarlarının köməyi və fəal müdaxiləsi ilə döyüşlərlə işğal etdiyi yaşayış məntəqələrində mülki əhalini qətlə yetirirdi, əsir aparırdı, evləri dağıdırdı. Qocaları da, uşaqları da öldürürdü. 1991-ci il dekabrın 23-də Meşəli faciəsində 3 uşaq, 1992-ci il fevralın 14-də Qaradağlıda 8 məktəbli, 1992-ci il fevralın 26-da Xocalıda 63 uşaq qətlə yetirilmişdi. Düşmən atəşkəs dövründə - 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutdu, 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanı qətlə yetirdi...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı.

Ermənilərin törətdiklərini gənclər də bilir, uşaqlar da. Uşaqlar məktəbdə müəllimlərindən eşidir­lər, ailədə valideynlərindən. Bu faciələr haqqında hərbçilərin uşaqları da eşidirlər, eşitdiklərini Uşaqların qətlə yetirilməsi onların da könül qübarına dönür.

Bu günün məktəbliləri yaxın gələcəkdə məktəblilərə İkinci Qarabağ müharibəsi haqqında danışacaqlar. Uşaqların Beynəlxalq Müdafiəsi Günündə də, sonrakı vaxtlarda da. Danışacaqlar ki, tarix yaşasın...

Azərbaycanda uşaqlar həmişə dövlətin ciddi müdafiəsindədir...

 

Səbinə Xasayeva,

Milli Məclisin deputatı