AzTV və AzərTAc-ın əməkdaşları Kəlbəcərdə minaya düşərək həlak oldular 

Azərbaycan Televiziyasının (AzTV) operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Sabahinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Kəlbəcərin Susuzluq kəndinə gedən avtobus minaya düşüb. Nəticədə AzTV-nin operatoru Sirac Abışov və AzərTCc-ın xüsusi müxbiri Məhərrəm İbrahimov Kəlbəcərdə minaya düşərək vəfat ediblər. Hadisə zamanı AzTV-nin rejissoru Emin Məmmədov, sürücü və bir kənd sakini yaralanıblar.