Azyaşlının qızılcadan ölmə faktı ARAŞDIRILIR

Prokurorluq Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya aparılan uşağın ölümü ilə bağlı faktı araşdırır.

Bu barədə Sabahinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır, əlavə məlumat veriləcək

Qeyd edək ki, qızılcaya yoluxan və hərarəti düşməyən 4 yaşlı uşağın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdiyi bildirilir.