"Real" Ronaldo ilə danışıqlara başladı

Real"ın hücumçusu Kriştiano Ronaldodaha uzun illərkomandada qalabilər.

Qol.az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, "kral klubu"nun rəhbərliyi portuqaliyalı futbolçu ilə danışıqlara başlayıb.

Rəhbərlik Ronaldo ilə 2021-ci ilə qədər müqavilə yeniləmək niyyətindədir. 31 yaşlı futbolçu "Real"la müqavilə yeniləyəcəyi təqdirdə 36 yaşına qədər Madrid klubunda qalacaq. Belədə o karyerasını "Real"da başa vura bilər.

Qeyd edək ki, 2009-cu ildən "Real"da oynayan Ronaldo cari mövsüm keçirdiyi 34 oyunda 31 qol vurub.