Corabında narkotik vasitə keçirmək istədi

"Qoşa Təpə” Gömrük Postunda corabında narkotik vasitə keçirmək istəyən şəxs yaxalanıb.

Dövlət Gömrük Komitəsindən Sabahinfo.az verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat məlumatı əsasında idarənin "Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onun üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı həmin şəxsin üzərindən, sağ ayağındakı corabın içəri topuq hissəsindən gömrük nəzarətindən gizlədilən, bir ədəd bükümdə xalis çəkisi 2,55 qram olan narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.