Del Boske istefa verdi

Futbol üzrə İspaniya yığmasının baş məşqçisi Visente Del Boske istefa verib.

Bu barədə goal.com məlumat yayıb.


Xəbərə əsasən, 66 yaşlı mütəxəssis istefa ərizəsini yerli Futbol Federasiyasının prezidentinə təqdim edib.

Xatırladaq ki, Del Boske İspaniya yığması ilə 2010-cu ildə Dünya Çempionatının, 2012-ci ildə isə Avropa Çempionatının qalibi olub.