ABŞ-ın Los Anceles şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları başa çatıb. Sabahinfo.az-ın məlumatına görə, ötən gecə dünya üçüncüsü olan güləşçilərimiz Vətənə qayıdıblar. Onları Heydər Əliyev hava limanında Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və yaxınları qarşılayıblar.
Hava limanında jurnalistlərə açıqlama verən sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Firdovsi Umudov yarışların çətin keçməsinə baxmayaraq komandanın nailiyyətini yüksək qiymətləndirdiyini vurğulayıb. Onun sözlərinə görə, yığma komandanın hədəfi ilk üçlükdə yer almaq olub və buna da idmançılarımız sayəsində nail olublar. Firdovsi Umudov yığma komandanın səhvləri barədə də danışıb.
Məlumat üçün qeyd edək ki, Los-Anceles şəhərində keçirilən sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran, Belarus və Türkiyə güləşçiləri iştirak edib.