Ötən gün Rusiyanın Azərbaycana silah satmasına etiraz edən erməni nümayişçilər bu ölkənin İrəvandakı səfirliyinə yumurta və qəpik atəşinə tutublar
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, erməni polis diplomatik nümayəndəliyə gedən yolu bağlasa da, etirazçılar əraziyə daxil ola biliblər.
Ümumilikdə aksiyada bir neçə yüz insan iştirak edib. Aksiya zamanı həmçinin Ermənistanın Avrasiya iqtisadi ittifaqından çıxmasına dair çağırışlar da səsləndirilib.