Ərzaq oğurlayan qadınlar saxlanıldı

Bakıda oğurluq edən iki qadın yaxalanıb.


Bakı şəhər Baş Polis İdarəsindən Sabahinfo.az-a verilən məlumata görə, aprelin 16-da saat 11 radələrində, Şağan qəsəbə sakinləri 1963-cü il təvəllüdlü Janna Nikolayevna Məmmədova və 1969-cu il təvəllüdlü Məhəbbət Mirzə qızı Məmmədova Rauf Qasımova məxsus mağazadan ərzaq məhsulları oğurlayan zaman kamera görüntüsünə düşüb. Aprelin 17-də onlar təkrar mağazadan oğurluq edərkən Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.