FHN-in qurumları arasında stolüstü tennis çempionatı keçirilib

Aprelin 16-17-dəFövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu vəFövqəladə Hallar Nazirliyiişçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında stolüstü tennis idmanı üzrə çempionat keçirilib.


Sabahinfo.az-ın məlumatına görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində təşkil edilən çempionata 19 komandadan 60 idmançı iştirak edib. İdmançılar Olimpiya sistemi ilə həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.


Beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), ikinci yeri FHN-in Akademiyası, üçüncü yeri isə Şimal-Qərb Regional Mərkəzin komandası tutub.


Şəxsi göstəricilərə görə Əli Bayramov (Xüsusi Riskli Xilasetmə Xidməti), Vüqar İbrahimov (DYMX) və Tofiq Rzayev (DYMX) müvafiq olaraq birinci, ikinci və üçüncü nəticəyə nail olublar.


Komanda və şəxsi hesaba görə qalib gələn idmançılara FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnikFüzuliMusayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tərəfindən diplom, kubok, medal və qiymətli hədiyyələr təqdim edilib.


Hər ay keçirilən çempionatlarda ötən illərlə müqayisədə yüksək nəticələr əldə olunduğunu diqqətə çatdıran F. Musayev qeyd edib ki, bu yarışa Azərbaycan çempionları da qatılıb. Eyni zamanda regional mərkəzin idmançıları da peşəkar səviyyədə oyun nümayiş etdirib, yer qazanıblar.


Qeyd edək ki, nazirliyin növbəti çempionatı mini-futbol üzrə keçiriləcək.