Bakıda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib. Sabahinfo.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də Nail Əsgərovun evindən 10000 ABŞ dolları, 10000 manat dəyərində qızıl əşyalar, 3 ədəd mobil telefon, geyim və məişət əşyaları oğurlamış şəxslər müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşları Qriqoriy Kuraşvili, Nika Bumbeşvili və Qiyantsa Salakadze tutulub.
Araşdırmalar davam etdirilir.