Layihə davam etdirilir

Sabahinfo.az "Dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrası davam edir.

Layihə "Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında növbəti tədbir təşkil olunub. Tədbirdə layihə rəhbəri Yusif Abayev, Dini Qurumlar iş Üzrə Dövlət Komitəsinin Quba Regional şöbəsinin nümayəndəsi Elnur Ağasıyev və universitetdə təhsil alan tələbələr iştirak ediblər.

Y. Abayev layihənin məqsədi və donoru haqqında məlumat verərək bildirib ki, layihənin vəzifəsi region əhalisi arasında dini maarifləndirmənin səviyyəsini artırmaqdır. Qeyd edilib ki, layihənin icrasında məlumatlandırma yolu ilə yeniyetmə və gənclərin dini radikalizmə qarşı mübarizədə aktiv olmalarına dəstək olmaq nəzərdə tutulub.

E. Ağasıyev bildirib ki, bu gün gənclər arasında dini maarifləndirmə işlərinin aparılmasına ehtiyac var və sözügedən layihənin bu məqsədlə həyata keçirilməsi də yaxşı nəticələrini verəcəkdir.

Qeyd edək ki, tədbirdə slaydlar nümayiş olunub və tələbələrə layihə çərçivəsində dəftərxana ləvazimatları hədiyyə edilib.