Müəllimin şagirdi zorlaması faktı araşdırılır - Ombudsman

Şamaxıda müəllimin şagirdi zorlaması faktı ilə bağlı Baş Prokurorluğa müraciət olunub.

Bunu jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova deyib. O, bildirib ki, Pirbəhli kənd orta məktəbinin 9-cu sinif şagirdinin müəllimi tərəfindən zorlanması faktının araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət edilib.


E.Süleymanova qeyd edib ki, hazırda faktla bağlı araşdırma aparılır: "Hazırda araşdırmaların nəticəsini gözləyirik”.

Qeyd edək ki, Pirbəhli kənd orta məktəbinin müəllimi İbrahimov Elnur Həsənağa oğlu 9-cu sinif şagirdini zorlamaqda təqsirləndirilir.