"Barselona"nın futbolçusu Luis Suares bir mövsümdə vurduğu qolların sayına görə komandanın sabiq futbolçusu Ronaldonu geridə qoyub.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, uruqvaylı hücumçu La Liqanın 34-cü turunda "Deportivo"ya qarşı matçda pokerə imza atıb və bu mövsüm bütün yarışlarda vurduğu qolların sayını 49-a yüksəldib.
Bununla da o, "Barsa" tarixində bir mövsümdə ən çox qol vuran ikinci futbolçu Ronaldonu (47 qol) geridə qoyub.
Qeyd edək ki, bu göstəricidə ilk pillədə Lionel Messidir. Argentinalı hücumçu 2011/2012 mövsümündə 72 qol vurub.