Bakıda "TOPAZ” məntəqələrindən birinə basqın olub. Lent.az-ın məlumatına görə, aprelin 19-da gecə saatlarında iki nəfər naməlum şəxs Yusif Səfərov küçəsi ½ ünvanındakı məntəqəyə gəlib. Onlar heç bir səbəb olmadan obyektin sahibi Kamandar Əliyevin oğlu, 19 yaşlı Orxana yumruqla zərbə endiriblər və masanın üzərində olan 70 manatı götürərək uzaqlaşıblar.
Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar aparılır.