Yığmamız FİFA reytinqində 24 pillə irəlilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.


Sabahinfo.az-ın məlumatına görə, bu gün açıqlanan siyahıda planetin 209 yığması yer alıb. Son 4 həftədə baş tutan qarşılaşmaların nəticələrinin də öz əksini tapdığı siyahıda bir sıra dəyişikliklər baş verib.

Buna seçmə və yoxlama oyunlarının nəticələri səbəb olub. Dəyişikliklər Azərbaycan yığmasının mövqeyinə də ciddi təsir edib.

Belə ki, hesabında 264 xal olan komandamız 115-ci pilləyə yüksəlib.

Ötən ay 198 xalla 139-cu pillədə olan yığmamızın 24 pilləlik sıçrayışına AVRO-2016-nın Malta ilə seçmə oyunundakı qələbə səbəb olub. 2:0 hesabı ilə qalib gələn millimiz qazandığı 66 xalla irəliləyib. 24 pilləlik sıçrayış isə millimizin tarixində ən böyük addımdı.

Komandamız Keniya, Sent-Vinsent və Qrenadin, Dominikan Respublikası, Niger, Mavritaniya, Moldova, Lesoto, Burundi, Zimbabve, Vyetnam, Küveyt, Lixtenşteyn, Barbados, Qvineya-Bissau, Liberiya, Qazaxıstan. Aruba, Əfqanıstan, Sent-Lusiya, Lüksemburq, Gürcüstan, Filippin, Maldiv və Yeni Zelandiyanı arxada qoyub.

Millimiz və "qonşuları”

111 (112). Liviya - 281

111 (121). Sent-Kitts və Nevis - 281

113 (113). Namibiya - 279

114 (116). Kanada - 277

115(139). AZƏRBAYCAN – 264

116 (119). Sent-Vinsent və Qrenadin - 262

117 (118). Keniya - 258

118 (107). Dominikan Respublikası - 257

119 (114). Niger - 252

120 (115). Mavritaniya - 246

İlk "onluq”da da xeyli dəyişiklik qeydə alınıb. Fransa və İtaliya ən yaxşı 10 komanda sırasını tərk edib. Onların yerinə isə İsveçrə və İspaniya yüksəlib. Sonuncular 1, isveçrəlilərsə 3 pilləlik irəliləyişlə buna nail olub. Bundan başqa, Belçika 3-cü yeri Kolumbiyanın "əlindən alıb”. Braziliya isə Hollandiyanı 5-ci sıradan kənarlaşdırıb. Uruqvay da ötən ayla müqayisədə irəli addım atıb.


İlk "onluq”


1 (1). Almaniya – 1687

2 (2). Argentina – 1490

3 (4). Belçika – 1457

4 (3). Kolumbiya – 1412

5 (6). Braziliya – 1354

6 (5). Hollandiya - 1301

7 (7). Portuqaliya – 1221

8 (9). Uruqvay – 1176

9 (12). İsveçrə - 1135

10 (11). İspaniya – 1132


Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibimizdən ikisi – İtaliya ilə Malta geriləyibsə, 2-si – Xorvatiya ilə Bolqarıstan irəli addım atıb. Yalnız Norveç mövqeyini qoruyub.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

13 (10). İtaliya – 1085

17 (19). Xorvatiya – 977

67 (71). Bolqarıstan - 505

70 (70). Norveç - 491

149(145). Malta – 158


Qeyd edək ki, qonşu Türkiyə yığmasının hesabında olan 603 xalla 4pillə irəliləyərək, 52-cı yerə yüksəlib.