1.5 milyon dollarlıq skripka oğurlanıb

Skripkaçı Pavel Vernikovun qatarda XVIII əsrə aid bahalı skripkasını oğurlayıblar. sabahinfo.az saytı xəbər verir ki, qiymətli musiqi alətinin dəyəri 1.5 milyon dollardır.

 

Musiqiçinin sözlərinə görə, Syonedən Cenevrəyə gedərkən içərisində 4 sim və şəxsiyyət vəsiqəsi də olan alətini aparıblar: "Sanki mənim övladımı oğurlayıblar. Onsuz mən heç vaxt musiqiylə məşğul ola bilməyəcəyəm”.