Görüşəcəklər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Bu barədə ABŞ-nin Ankaradakı səfiri Tom Barrak məlumat verib.

Ərdoğanın gələn həftə BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcəyi gözlənilir.

Barrakın sözlərinə görə, iki prezident Baş Assambleya çərçivəsində görüşəcəklər. Lakin danışıqların dəqiq tarixi hələ açıqlanmayıb.