Azərbaycan
Universitetində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir
keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə
başlayıb, ardınca Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü
uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Tədbiri
giriş sözü ilə elmi işlər üzrə prorektor Yusif Qasımov açaraq Azərbaycanın dövlət
müstəqilliyinin bərpasına gedən tarixi yoldan və Azərbaycan xalqının müstəqillik
uğrunda apardığı mübarizədən danışıb. Prorektor qeyd edib ki. 1918-ci il mayın
28-də elan edilmiş dövlət müstəqilliyinin 1991-ci il oktyabrın 18-də bərpası Azərbaycan
xalqının milli iradəsinin və azadlıq arzusunun təcəssümüdür.
Ardınca
Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi çıxış edib. Kafedra
müdiri çıxışında Azərbaycanda milli oyanış prosesinin güclənməsi, xalq hərəkatının
genişlənməsi və milli həmrəyliyin müstəqilliyin əldə olunmasındakı rolunu
vurğulayıb. Qeyd edib ki, xalqın birliyi və iradəsi, meydanlarda nümayiş
etdirilən azadlıq əzmi müstəqilliyə aparan yolun mühüm amilləri olub.
Sonda
siyasi və ictimai elmlər kafedrasının professoru Qabil Əliyevin məruzəsi dinlənilib.
Qabil Əliyev məruzəsində Azərbaycanın zəngin dövlətçilik ənənələrindən və milli
dövlətçilik düşüncəsinin formalaşmasından bəhs edib. Həmçinin milli dövlətçilik
tarixinin öyrənilməsinin gənclərin milli kimlik şüurunun, vətənpərvərlik
hissinin və dövlətçilik dəyərlərinə bağlılığının formalaşmasında əhəmiyyətini
qeyd edib.
Maliyyə
və mühasibat kafedrasının təşkilatçılığı ilə keçirilən tədbir 18 Oktyabr – Müstəqilliyin
Bərpası Gününə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi