Samux rayonunda bədbəxt hadisə nəticəsində 12 yaşlı azyaşlı su kanalında boğulub.
Hadisə Şəmkir su kanalının Samux rayonunun Qarabağlar kəndindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, 2014-cü il təvəllüdlü Mirmusa Musayev kanalda çimərkən və ya ehtiyatsızlıq etdikdə batıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə organları tərəfindən araşdırma aparılır.