"Arzum 999" ləqəbi ilə sosial şəbəkələrdə tanınan tiktoker İlduzə Hacıyevanın məhkəmə prosesi yekunlaşıb. Xəzər Rayon Məhkəməsinin qərarı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan tiktoker məhkəmə zalındaca həbs edilib.
Hadisə və İttiham
İstintaq materiallarına görə, İlduzə Hacıyevanın törətdiyi ağır yol qəzası nəticəsində qarşı tərəfdəki avtomobildə olan sərnişinlərdən 1 nəfər dünyasını dəyişib, digər şəxs isə ağır bədən xəsarətləri alıb. Dövlət ittihamçısı (prokuror) məhkəmədən onun 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi. 100 Min Manatlıq "Qanpulu" Qalmaqalı
Məhkəmə araşdırması zamanı tərəflər arasında maddi kompensasiya məsələsi də ciddi mübahisə doğurub. Tiktoker iddia edib ki, zərərçəkmiş tərəf şikayəti geri götürmək müqabilində ondan 100 000 manat pul tələb edib. Müdafiə tərəfi isə bu məbləğin həddindən artıq çox olduğunu əsas gətirərək razılaşmayıb.
İstintaq dövründə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmiş və azadlıqda olan İlduzə Hacıyeva, hökm oxunduqdan dərhal sonra qandallanaraq təcridxanaya göndərilib.