2017-ci ilin dövlət büdcəsində nə artdı, nə azaldı... - SİYAHI

Təxminən ayyarım öncə Maliyyə Nazirliyi müzakirə məqsədilə 2017-ci ilin büdcəsi ilə bağlı qanun layihəsini və icmal büdcəyə dair təqdimatı öz saytında yerləşdirmişdi. Maliyyə Nazirliyi bu gün ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və 2017-ci il dövlət və icmal büdcələrinin layihələrini yenilənmiş variantını ictimaiyyətə təqdim edib. sabahinfo.az-ın məlumatına görə, büdcə zərfinin yeni təqdimatı zamanı məlum olub ki, sözügedən sənədlərdə bəzi dəyişiklik edilib. İqtisadşı ekspert Rövşən Ağayev 2017-ci ilin büdcəsi ilə bağlı qanun layihəsinin və icmal büdcənin köhnə variantı ilə yenilənmiş versiyanı müqayisə edərək əsas dəyişiklikləri müəyyənləşdirib. Bunlar şağıdakılardır:

Azaldılan xərclər:

1) Dövlət borcuna xidmət xərcləri -127 milyon manat; 2) Elm xərcləri - 6.8 milyon manat; 3) Naxçıvana dotasiya -11 milyon; 4) Hüquq müfafizə xərcləri - 19 milyon manat; 5) Təhsil xərcləri - 126 milyon manat; 6) Səhiyyə xərcləri - 30.4 milyon manat; 7) Sosial müdafiə xərcləri - 64.7 milyon manat; 8) Mədəniyyət-incəsənət xərcləri - 19.5 milyon manat; 9) İdman xərcləri - 201 milyon manat; 10) Kənd təsərrüfatı xərcləri - 305.5 milyon manat. 11) Sahibkarlığa dəstək - 102 milyon manat; 12) Əsas bölmələrə aid edilməyən xidmətlər - 633.3 milyon manat.

Artırılan xərclər

1) Müdafiə xərcləri 1.027 milyard manat 2) Tikinti xərcləri - 639 milyon manat;

Ümumilikdə ilkin variantla müqaysiədə 15-dək bölmə, köməkçi bölmə və paraqraf üzrə xərclər 1.7 milyard manata yaxın azaldılaraq 2 funksional istiqamət üzrə xərclər həmin həcmdə artırılıb.