İstanbulun Sarıyer rayonundataksi sürücüsü Hıdır Doğanı (48)bıçaqla öldürdüyü üçün mühakimə olunan tələbə Semra Ç.-ya (23) 18 ilə qədər həbs istəyiylə iddia açılıb.
Milli.Az Sabah-a istinadən xəbər verir ki, iki ildirtəqib etdiyi, bütün məlumatlarını ələ keçirdiyi və zorla əlaqəyə girdiyi qızdan əl çəkməyən Hıdır Doğanıncinayətdən əvvəl Semra Ç.-ya onu öldürməküçün məktub yazdığı ortaya çıxıb.
Məhkəmədə cinayəti bütün detallarıyla izah edən tələbə qız"Məni sevgili olmağa məcbur etdi. Ya mən, ya sən öləcəksən. Bu gecə mənim olacaqsan. Sabah da nikaha girəcəyik. Yoxsa avtomobildə silahla məni öldür"dedi. Qeyd dəftərinə də "Mən özüm ölmək istədim. Səmraya silahı özüm verdim"sözlərini yazıb. Avtomobildə silah yox idi. Yanına qoyduğu silahla "Silah yoxdursa, məni bununla öldür"dedi. Mən də bıçağı ürəyinə və kürəyindən sancdım. Sükan arxasına keçdim və benzin bitənə qədər onu avtomobildə gəzdirdim. Səhər təslim oldum"deyib.
Hadisədənsonra təslim olan şübhəli haqqında18 ilə qədər həbs istəyiylə iddia açılıb. Semraməhkməsində Doğanın onu rahat buraxmadığı üçün bir neçə ev dəyişdirdiyini, ancaq taksi sürücüsününhər dəfə onu tapdığını və ölənə qədər əl çəkməyəcəyinisöylədiyini qeyd edib. Tələbə məhkum"Öldüyümdəsəni və məni eyni məzara qoysunlar" deyə sosial şəbəkə hesabında bu sözləri yazmışdı"deyib.
Taksi sürücüsünün iki dəfə onunla zorla əlaqəyə girdiyini,bir gün yenidən birlikdə olmaq üçün evinə gəldiyində "Yetər artıq"deyib eyvana çıxaraqözünü atıb intihar edəcəyini də ifadəsində bildirib.
Məhkəmə təxirə salınıb.