Azərbaycanın bank sektorunda konsolidasiya prosesi davam edəcək.
Sabahinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.
"Bilirik ki, bu günlərdə iki bank ("AtaBank" və "CDB Bank") birləşdi. İki bankın səhmdarları özlərində güc tapıb bu qərarı verib. Düşünür ki, bu addım digər banklara nümunə olmalıdır. Biz qarşıdakı dövrdə digər bankların da birləşməsinin şahidi olacağıq", - deyə o bildirib.
Z. Nuriyev deyib ki, bankların sayı deyil, onların göstərdiyi xidmətlər vacibdir.