Bu gün əməkdar artist Rəfael İsgəndərovun qızının toyudur.
sabahinfo.Az axar.az-a istinadən bildirir ki,Bakıdakı "Meridian" şadlıq evində baş tutan mərasimə "Bu şəhərdə" komandası, Aygün, Aşıq Əli, Elton, Nəsib, Elariz, Hacı Nuran, Kamilə Babayeva, Fərid Rzayev və s. çoxsaylı tanınmışlar qatılıb.
Məclisin aparıcıları isə Nəsib Nur və Saleh Bağırovdur.
Qeyd edək ki, toy mediaya qapalı keçirilir və bu qohum olan tərəflərin təmtəraqdan uzaq olmaq istəyi, həmçinin ibadət əhli - hacı olmaları ilə bağlıdır. Buna baxmayaraq, mərasimdə ölkənin tanınmış sənətçiləri iştirak edir.
Rəfael İsgəndərovu təbrik edir və toyun qapalı olduğunu nəzərə alaraq, mərasimdən yalnız aparıcı və iştirakçılardan bəzilərinin fotolarını təqdim edirik: