"Qarabağ"ın sabiq rəqibi bu dəfə "Napoli"yə qarşı

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. Trend-in məlumatına görə, "Qarabağ"la eyni qrupda mübarizə aparmış Ukraynanın "Dnepr" klubu yarımfinalda "Napoli" ilə qarşılaşacaq. Digər oyunda isə turnirin son qalibi "Sevilya" "Fiorentina"nı sınağa çəkəcək. Avropa Liqasında 1/2 final mərhələsinin ilk oyunları 7 may, cavab qarşılaşmaları isə 14 may tarixində keçiriləcək.`