Türkiyə Rusiya ilə münasibətlərinin korlanmasında maraqlı deyil. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın "France 24” telekanalına müsahibəsində bildirib.
"Türkiyə Rusiya ilə münasibətlərində gərginliyin yaranmasında maraqlı deyil. Bizim ölkələrimiz arasında yüksək səviyyəli məşvərət şurası fəaliyyət göstərir, bizim aramızda inkişaf etmiş iqtisadi münasibətlər mövcuddur. Biz Rusiya kimi ölkə ilə münasibətlərdə gərginliyin yaranmasında maraqlı deyilik”, deyə Ərdoğan qeyd edib.
"Türkiyə insidentin baş verməsini qətiyyən arzulamırdı, lakin, təəssüf ki, o baş verdi. Lakin biz onu gərginliyin mənbəyi kimi qiymətləndirmirik. Bizim ölkələr bir-birinin əlini sıxaraq əməkdaşlığı davam etdirməlidir”, deyə Türkiyə prezidenti qeyd edib.