62 yaşlı kişi qatarda öldü - Azərbaycanda

62 yaşlı Tovuz sakini qatarda ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, gecə saat 3.30 radələrində Bakı-Qazax qatarının sərnişini-Tovuz şəhər sakini, 1954-cü il təvəllüdlü Ağayev Əlibala Məmmədyusif oğlu ürək tutmasından ölüb. Adı çəkilən şəxsin meyiti müayinə olunmaq üçün Şirvan morquna təhvil verilib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.