Dələduzluq etdiyinə görə tutulan şəxsin digər cinayət əməlləri də müəyyən edilib.
Sabahinfo.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlara qarşı dələduzluq etdiyinə görə tutulan Dürrə İsmayılovanın ətrafında Xətai RPİ əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun 2013-2017-ci illər ərzində Bakı şəhər sakini olan daha 7 nəfəri aldadaraq onlardan qızıl əşyalar alması da müəyyən edilib.