“Bakı-2015”ə görə spirtli içkilərin satışına qadağa qoyulacaq - VİDEO

Bu haqda ANS-in "Günə baxan” verilişində qonaq olan aparıcı və "Bakı-2015”in səfiri Hacı Nuran deyib:

"Avropa oyunları Ramazan ayı ərəfəsindədir. Əməliyyat komitəsi qərara gəlib ki, həmin ərəfədə spirtli içki satılmasın. Bu gözəl qərardır. Qonaqlar, idmançılar spirtli içkidən istifadə etməyəcək. Arenaların ətrafındakı bütün mağazalarda içki satışı tamamilə qadağan olunacaq”.

Xatırladaq ki, ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunları iyunun 12-də başlayıb 28-də bitəcək.