Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində “Azərbaycan kəlağayılarının təbliği'' layihəsini həyata keçirir. Layihə çərçivəsində 13 avqust 2024-cü ildə Bakıda növbəti konsert tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya İB- nin sədri, Kəlağayı Ev Muzeyini direktoru Güllü Eldar Tomarlı açaraq, tədbir iştirakçılarını salamlayıb, tədbirin mahiyyəti haqqında məlumat verib, şəhidlərimizin əziz xatirəsi anılıb, dövlət himni səsləndrilib.
"Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Güllü Eldar Tomarlı Maddi dəstək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.
Qeyd edib ki, mədəni irsimiz geniş təbliğ olunaraq, gələcək nəsillərə ötürülməlidir.2014-cü ilin noyabrında YUNESKO-nun qeyri- maddi mədəni irs üzrə reprezentativ siyahısına Azərbaycan xalqına aid daha bir əlamətdar element'' Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın baş örtüklərinin hazırlanması və istifadəsi'' daxil edilmişdir. Bu böyük nailiyyətdə, sözsüz ki, Azərbaycan mədəniyyətinin böyük himayəçisi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu böyükdür. Onun təşəbbüsü ilə kəlağayımız beynəlxalq səviyyədə tanınır. Bu gün gənclərimizin kəlağayıdan geniş istifadəsi bizə əsas verirki deyək, artıq təbliğatımız öz bəhrəsini verir. Kəlağayımız həm mədəniyyətimiz, həm tariximiz, həm də yaraşığımızdır.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu çıxış edərək bildirdi ki, həyata keçirdiyimiz layihələrin əsas məqsədi milli dəyərlərimizi, keçmiş adət-ənənələrimizi gələcəyə daşımaqdır. Ulu nənələrimizin abır, ismət rəmzi olan kəlağayının ululuğunu, müqəddəsliyini gənc nəslə aşılamaq üçün belə təbliğatlar çox vacibdir. Mirvarid Dilbazi Poeziya Məclisi İB olaraq Xətai rayonunda, Şuşada ''İlk Kəlağayı Festivalı'' - nın keçirilməsinə imza atdıq. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali məktəblərdə, ümumtəhsil məktəblərində, regionlarda ''Sazlı, sözlü kəlağayı günləri'' adlı konsertlər keçirdik, qədim kəlağayıların sərgisini təşkil etdik. Vüsal Sehranoğlu çıxışının sonunda milli dəyərlərimizə maddi dəstək ayrıldığına görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi.
Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva öz çıxışında kəlağayı haqqında xatirələrindən danışdı, toy-düyünlərimizdə bu gün də istifadə olunmasını qeyd etdi və gözəl ifaları ilə tamaşaçıların könlünü oxşadı.
Daha sonra qazi Taleh Əliyev, Dədə Əlısgər Ocağı İB-sədri Xətai Ələsgər, məzarsız şəhid İsmayıl İsmayılovun bacısı, şair Lalə İsmayıl, MDPM İB-nin idarə heyətinin üzvü, şair Səringül Sadə, Azərbaycan Milli Xalça Muzeyinin ənənəvi texnalogiya şöbəsinin toxucusu Rəna Süleymanova, Şəki şəhər 4 nömrəli musiqi məktəbinin xor şöbəsinin müdiri Fərqanə Salamova, gənc müğənni Arif Mehmandost, Azərbaycan-Ukranya Beynəlxalq alyansın sədri Elmar Məmmədov, Səudiyyə Ərəbistandan qonaq olan həkim, şair Nigar Xəlilova, Misirdən Səbinə Səmədova, Sevda, "Mədəni irsin təbliği'' İB-nin sədri Jalə Cəfərova, aşıq Məhəmməd Xanoğlan Təbrizli, aşıq Cavanşir Quliyevin rəhbərlik etdiyi ''Qarabağ'' aşıq qrupu və sazlı, sözlü musiqiləri ilə şeirləri və maraqlı çıxışları ilə məclisə xoş ovqat bəxş etdilər.