Bakıda qonşular arasında dava olub.
"Unikal"ın məlumatına görə, hadisə oktyabrın 30-u saat 23 radələrində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Səttərov Sayruz Hidayət oğlu aralarında yaranmış mübahisə nəticəsində qonşuları - Bakı şəhəri, Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi 21 ünvanında kirayədə yaşayan 1959-cu il təvəllüdlü Çabanova Marina Yevgenyevna və qızı 1987-ci il təvəllüdlü Vəliyeva Nərminə Mayis qızının sifət nahiyəsinə yumruqla xəsarətlər yetirib. Həmin xəsarətlərin təsirindən huşunu itirən Marina Çabanova ötən gün səhər saatlarında ayıldıqdan sonra qızı Nərminə Vəliyevanı yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edib.
Faktla bağlı CM-nin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb. Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.