Bakıda məktəbin həyətində kütləvi dava: İki nəfər bıçaqlandı

Bakının Nərimanov rayonunda kütləvi dava düşüb.

Sabahinfo.az xəbər verir ki, hadisə 34 nömrəli orta məktəbin həyətində baş verib.

2002-ci il təvəllüdlü İsrəfilov Röyal Abas oğlu və 2006-ci il təvəllüdlü Turabov Zeynal Məmmədəli oğlu dava zamanı bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır./apa