Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. Silahlı insident nəticəsində 3 polis əməkdaşı və 1 mülki vətəndaş qətlə yetirilib.
Sabahinfo.az qətlə yetirilən polis əməkdaşlarının adlarını və fotosunu təqdim edir:
Polis kapitanı Eldəniz Məmmədov
Polis serjantı Mahir Ağayev
Polis serjantı Mirəli Heydərov
 
                             
                     
                         
                         
                         
                         
                        