Baş nazir deputatlara TƏŞƏKKÜR ETDİ

“Artıq bir müddətdir ki, Milli Məclisin müxtəlif komitələrində büdcə müzakirəsi fəal şəkildə aparılır”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında iştirak edən Baş nazir Əli Əsədov deyib.

Onun sözlərinə görə, 2024-cü il büdcə zərfinin layihələri bu gün müzakirə olunub: "Təşəkkür edirəm ki, büdcə müzakirələri bu cür yüksəl səviyyədə müzakirə olunur. Deputatlar da müzakirədə aktiv iştirak edib, cəmiyyəti narahat edən sualları ünvanladılar".

Baş nazir ötən il büdcə müzakirəsi zamanı qaldırılıan bir çox məsələnin bu il həllini tapdığını qeyd edib./bakivaxtı.az