2024-cü ildə Baş Prokurorluqda özəl sektorlarla bağlı 303 cinayət işi başlanılıb.
Sabahinfo.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bunu Baş prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumunda deyib.
O bildirib ki, 95 cinayət işi üzrə istintaq başa çatdırılaraq baxılması üçün məhkəməyə göndərilib:
“40 iş üzrə ziyan ödənməsi səbəbindən icraata xitam verilib. Digər faktlarla bağlı araşdırmalar gedir”.