Bayden bəşəriyyət üçün əsas təhlükəni açıqladı

Qlobal istiləşmə bəşəriyyət üçün yeganə təhlükədir. Bu, nüvə müharibəsindən qat-qat pisdir.

Sabahinfo.az xəbər verir ki, belə fikri ABŞ Prezidenti Co Bayden səsləndirib.

Amerika lideri Hindistan və Cənub-Şərqi Asiyaya səfərindən sonra keçirdiyi mətbuat konfransında qlobal istiləşməni bəşəriyyət üçün əsas ekzistensial təhlükə adlandırıb. Söhbət planetdə temperaturun yaxın 10-20 il ərzində baş verə biləcək potensial artımından gedir.

ABŞ prezidenti əlavə edib ki, qlobal istiləşmə yeganə real problemdir, çünki ondan geriyə yol yoxdur.