Bu gün açıqlanan FİFA reytinqində 90-cı pillədə qərarlaşan Azərbaycan millisi tarixi nailiyyətə imza atıb.
sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamız indiyədək heç vaxt ili belə yüksək pillədə tamamlamamışdı.
İlk dəfə 1994-cü ildə siyahıda yer alan yığmamızın əvvəlki rekordu 3 il əvvəl qeydə alınmışdı. Berti Foqtsun baş məşqçi kimi çalışdığı 2013-cü ildə planetin 94-cüsü olan millinin həmin göstəricisini Robert Prosineçkinin yetirmələri 4 pillə yaxşılaşdırıb.
Tarixdəki 3-cü nəticəmiz isə 1999-cu ilə məxsusdu. Həmin vaxt komandamız dünyanın 97-cisi olub.
Ümumilikdə isə 23 ildən yalnız beşində komandamız ilk "100-lük"də yer alıb. Sonuncu belə uğur 3 il öncə yaşanmışdı. 2013-cü ili 98-ci pillədə tamamlayan futbolçularımız 14 ildən sonra "Top-100"ə dönmüşdü. Beş belə nəticəmizdən birincisi isə 1998-ci ildəki 99-cu yer olub.
Komandamızın daha bir nailiyyəti isə ötən ilin müvafiq dövrü ilə müqayisədəki irəliləyişlə bağlıdı. Bir il öncə 117-ci sırada qərarlaşan yığma 12 ayda 27 pillə irəliləməyi bacarıb. Bu da futbolumuz üçün mütləq rekorddu.
Bunadək rekord 24-ə bərabər idi. 1997-ci ili 123-cü kimi bitirən yığma 1 il sonra 98-ci olmuşdu. Həmin rekord 2013-cü ildə də təkrarlanıb. 2012-ci ilin 118-cisi olan yığma 94-cü yerədək sıçrayış edib.
1994
147
1995
141
1996
125
1997
123
1998
99
1999
97
2000
115
2001
113
2002
113
2003
119
2004
113
2005
114
2006
125
2007
115
2008
134
2009
114
2010
98
2011
112
2012
118
2013
94
2014
135
2015
117
2016
90