"Bu gün şənbə günüdür və xəstənin xəstəlik kağızı birinci gün bizə gələcək. Bir həftə ərzində xəstənin ölüm səbəbi təftiş olunub, ciddi araşdırılacaq. Ondan sonra ictimaiyyətə bu haqda rəsmi məlumat verə bilərik. Yoxlanmamış məlumatlar əsasında danışa bilmərik".
Doğuşa Yardım Komissiyasının və Perinatal Mərkəzin rəhbəri Sevinc Məmmədova azvision.az-a açıqlamasında bildirib ki, ana ölümü dünən gecə 11-in yarısı olub.
Qeyd edək ki, ötən gün Sabirabad Rayon Perinatal Mərkəzində ana ölümü qeydə alınıb. Ucar rayonu Alpout kənd sakini, 1980-ci il təvəllüdlü Seyfəliyeva Familə Aydın qızı 4 gün əvvəl ağır vəziyyətdə qarnında ölü döl ilə mərkəzə daxil olub. Ananın bətnində olan ölü döl qeysəriyyə əməliyyatı ilə götürülüb. Lakin səhhətində baş verən ağırlaşmadan sonra ana 4 gün sonra, avqustun 5-də axşam saatlarında dünyasını dəyişib.