"Azərbaycanda turizm polisləri yaradılacaq".
Bu sözləri Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.
O bildirib ki, dünyada bununla bağlı çox praktika var.
"Turistlər getdikləri ölkələrdə hər hansı bir problem yaşayırlarsa, müraciət edəcəkləri bir qurum, bir şəxs axtarırlar ki, onların problemləri daha çevik dinlənilsin və yardım edilsin. Turizm polisi bunlardan biridir. Adının polis kimi səsləndirilməsi bir qədər çaşqınlıq yarada bilər. Amma bunlar turistlərə kömək göstərən şəxlərdir. Turistlər şəhərdə gəzərkən, ölkədə olarkən narahatlıq, çətinlik müşahidə etdiyi zaman bu xidmətlərdən istifadə edə biləcəklər”.
Kənan Qasımov həmçinin bildirib ki, turistlər üçün "qaynar xətt” yaradılması düşünülür.
"Turist bilsin ki, ölkəyə daxil olduğu zaman hər hansı bir çətinlik yaranarsa, bu "qaynar xətt”ə müraciət etməklə həm məlumat ala bilər, həm də problemin həlli ilə bağlı məsələ həllini tapar. Yəni turistlə dövlət arasında bir kommunikasiya xətti qurulur ki, onların problemləri daha çevik həll olunsun".(trend)